Tədqiqatçılar İtaliya (Universita degli Studi della Campania “Luigi Vanvitelli”) Türkiyənin Yıldız Texniki Universiteti, Belçikanın Gent Universiteti və Almaniyanın Friedrich Alexander Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrində elmi fəaliyyət göstərəcəklər.
UNEC-in rektoru, professor Ədalət Muradov tədqiqatçılarla görüşərək bildirilib ki, bu tip beynəlxalq elmi təcrübə proqramları UNEC-in tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, yeni əməkdaşlıqların qurulması və universitetin beynəlxalq akademik şəbəkədə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, xarici universitetlərə seçilmiş tədqiqatçılar UNEC-də H-indeksi ən yüksək olan əməkdaşlardır. Onların beynəlxalq təcrübə qazanması, qabaqcıl tədqiqat metodları ilə tanış olması və əldə etdikləri bilikləri UNEC-in elmi mühitinə gətirməsi universitetin inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir.