Azərbaycanlı alim, həmçinin 2022-ci ildən ABŞ-nin Stenford Universiteti və dünyanın ən böyük elmi ədəbiyyat nəşriyyatlarından olan “Elsevier” tərəfindən hazırlanmış “Top 2% Scientists” siyahısında yer alır. Bununla yanaşı, Elxan R. Sadıxzadənin elmi fəaliyyəti artıq dördüncü ildir ki, “Single Year Impact” kateqoriyasında “Yeni texnologiyaların tətbiqinin iqtisadiyyatı” sahəsi üzrə yüksək qiymətləndirilir.
Elxan Riçard Sadıxzadə 2019-cu ildən etibarən çoxsaylı elmi layihələrin və yeni iqtisadi nəzəriyyələrin müəllifi, müxtəlif beynəlxalq qrant müsabiqələrinin qalibidir.
O, həmçinin Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunun Təşkilat Komitəsinin sədridir. Hazırda alim Almaniya, Koreya, Cənubi Afrika və İtaliya universitetlərində elmi-pedaqoji fəaliyyət göstərir.