Proqram İT sahəsində praktiki bacarıqlar əldə etmək və real iş mühitində təcrübə qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulub.
Tələblərə əsasən, namizədlər texniki dəstək və ya proqramlaşdırma istiqamətlərindən birinə dair baza biliklərinə sahib olmalıdırlar. Texniki dəstək sahəsi üzrə korporativ şəbəkələrin iş prinsipləri, Microsoft Windows əməliyyat sisteminin qurulması, kompüter avadanlığının profilaktikası, proqram təminatlarının yenilənməsi və videomüşahidə sistemlərinin quraşdırılması üzrə biliklər üstünlük təşkil edir. VMware və Linux (RedHat/Ubuntu) üzrə biliklər isə əlavə üstünlük sayılır.
Proqramlaşdırma sahəsi üzrə müraciət edən namizədlərdən full-stack və ya back-end üzrə baza bilikləri, SQL, eləcə də Java, C#, C++, PHP və digər proqramlaşdırma dillərindən birinə dair ilkin biliklər tələb olunur. Sadə CRUD tətbiqləri hazırlamaq bacarığı və rus dili biliyi üstünlük kimi qiymətləndirilir.
Təcrübə proqramına müraciət üçün son tarix 15 dekabr 2025 olaraq müəyyən edilib.
Namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Təcrübəçi İT” və uyğun şöbə adının qeyd edilməsi mütləqdir.