UNEC ilə Qırğız Dövlət Texniki Universiteti arasında əməkdaşlığa dair razılıq əldə edilib

28 NOYABR 2025 | VIEWS:

Qırğızıstanda ezamiyyətdə olan UNEC nümayəndə heyəti səfərin ikinci günündə Qırğız Dövlət Texniki Universitetində olub.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, elmi katib Ərəbiyyə Mustafayeva, Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov, Daxili audit şöbəsinin müdiri dosent Rəşad Muradov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova Qırğız Dövlət Texniki Universitetinin prorektoru Jırqalbek Sıdıkov və digər struktur rəhbərləri ilə görüşüblər.

Görüşdə hər iki universitetin nümayəndələri tərəfindən təqdimatlar dinlənilib, ali təhsil müəssisələrinin fəaliyyəti, qlobal reytinqlərdəki mövqeyi, beynəlxalq əlaqələri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər akademik mübadilə, birgə məqalələrin hazırlanması, UNEC-in Scopus bazasında indekslənmiş elmi jurnallarında Qırğızıstan alimlərinin məqalələrinin dərc olunması və digər potensial əməkdaşlıq istiqamətləri üzrə razılığa gəliblər.

Müzakirələrdən sonra UNEC nümayəndələri Qırğız Dövlət Texniki Universitetinin mühəndislik laboratoriyası və tələbələrlə iş üzrə mərkəzin fəaliyyəti ilə tanış olublar.

UNEC ilə Qırğız Dövlət Texniki Universiteti arasında əməkdaşlığa dair razılıq əldə edilib