Əməkdaşlığın davamı olaraq Coursera-nın Avropa və Mərkəzi Asiya üzrə Əməkdaşlıq üzrə Baş Direktoru L.Wheatcroft, Müştəri uğuru üzrə Baş meneceri V.İqnatyeva və Avropa, Yaxın Şərq və Afrika üzrə Korporativ Bölmənin İcraçı Direktoru N.Foucaud UNEC-ə səfər ediblər.
UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə keçirilən görüşdə tərəflər süni intellekt əsaslı tədris mexanizmlərinin tətbiqi istiqamətində konkret addımları müzakirə ediblər. Müzakirələr zamanı mikro-kreditlər platformasının UNEC-də tətbiqi, eləcə də UNEC-də mövcud olan Qeyri-akademik transkript və Çevrilmiş Təhsil (Flipped Education) modelinə Coursera imkanlarının inteqrasiyası, həmçinin Virtual laboratoriyaların yaradılması üzrə birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.