Aprelin 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sifarişi ilə sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində Bakı Uşaq Teatrının aktyorlarının ifasında Arzu Soltanın “Günahsız günahkarlar” tamaşası nümayiş olunub.
Müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr edilən tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu isə Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub.