Tələbələrin nəzərinə: KVET ilə əməkdaşlıq çərçivəsində görüş keçiriləcək

17 DEKABR 2025

UNEC tələbələrinin karyera imkanlarını genişləndirmək, onları əmək bazarının tələbləri və peşə yönümlü inkişaf imkanları barədə məlumatlandırmaq məqsədilə KVET Əlavə təhsil mərkəzi ilə əməkdaşlıq çərçivəsində görüş təşkil olunacaq.

Görüş zamanı KVET-in fəaliyyəti, sertifikatlaşdırma imkanları, işəgötürənlərlə əməkdaşlıq mexanizmləri, eləcə də tələbə və məzunlar üçün mövcud karyera perspektivləri barədə məlumat veriləcək.

Tədbir iştirakçıları birbaşa sual-cavab imkanı əldə edəcək və KVET-in təqdim etdiyi imkanlarla yaxından tanış ola biləcəklər.

Tarix: 19 dekabr, saat 11:00
Məkan: UNEC-in 3 saylı tədris binası, Akt zalı.