Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sakarya Universitetinin professoru, Prof. Dr. Fərruh Tuzcuoğlu UNEC-in Zaqatala filialının əməkdaşları üçün “Dövlət idarəetməsi və kadr siyasəti üzrə aktual yanaşmalar” mövzusunda təlim keçib. Təlim zamanı türkiyəli professor müasir dövlət idarəetməsi modelləri, kadr siyasətinin strateji əsaslarla formalaşdırılması, insan resurslarının effektiv idarə olunması, institusional inkişaf və idarəetmədə yeni yanaşmaları filialın müəllim və əməkdaşlarına geniş şəkildə təqdim edib.
İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçıların mövzuya dair sualları Prof. Dr. Fərruh Tuzcuoğlu tərəfindən ətraflı cavablandırılıb.
Təlimin məqsədi əməkdaşların dövlət idarəetməsi və kadr siyasəti sahəsində bilik və bacarıqlarını artırmaq, onları müasir beynəlxalq yanaşmalarla yaxından tanış etmək və bu biliklərin praktik mühitdə tətbiq imkanlarını müzakirə etmək olub.