UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin lV kurs tələbəsi Ərhun Baxış “İlin Gənci” mükafatının qalibi olub.
Ərhun Baxış universitetin ictimai həyatında fəal iştirak edir. O, 2023-2024 cü illərdə “Bir Könüllü Tələbələrin Əməkdaşlığı” İctimai Birliyinin İnsan Resursları üzrə meneceri, 2024-cü ildən isə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyində fəaliyyətini davam etdirir.
Hazırda DVC İB-sədr müavini və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə yaradılmış UNEC “YENİ Klub” təşkilatının sədridir.