Azərbaycanda və xaricdə bakalavr, magistr və PhD dərəcələri üzrə təhsil alan gənclərə dəstək məqsədilə keçirilən müsabiqəyə ümumilikdə 79 müraciət daxil olub. Fondun texniki şərtlərinə cavab verən 37 ərizə arasından seçilən 13 namizəd müsahibə mərhələsinə dəvət edilib.
Himayəçilik Şurası namizədlərin akademik göstəricilərini, ərizə və müsahibə ballarını kompleks şəkildə qiymətləndirərək 5 iştirakçını qalib elan edib. Hər bir qalibə 2500 AZN məbləğində birdəfəlik təqaüd təqdim olunub. Qaliblərin siyahısı:
Müsabiqə çərçivəsində Zeynəb Məmmədova göstərdiyi xüsusi əzmkarlığa görə əlavə 1500 AZN məbləğində “Cəsarət qrantı” ilə təltif edilib. Əlavə olaraq, yüksək nəticələr nəzərə alınaraq plandankənar 5-ci qalib siyahıya əlavə olunub. Beləliklə, müsabiqənin ümumi büdcəsi 14 000 AZN təşkil edib.
“Huma Quşu” Fondu təhsilə dəstək missiyasını davam etdirərək bütün qalibləri təbrik edir və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayır.