UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanası “KİTABIM” adlı yeni podkast layihəsinə start verib. Layihə çərçivəsində UNEC-in müəllim heyətinin müəllifi olduqları kitablar barədə maraqlı söhbətlər aparılır.
Layihənin ilk qonağı UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, İsveçrə Siyasi Elmlər Assosiasiyası Empirik Metodlar İşçi Qrupunun direktoru, iqtisad üzrə fəlsəfə doktoru, siyasi alim Hərgiz Hacıyeva olub.
Nərgiz Hacıyeva podkastda yeni kitabı olan “Economic Activities during the Occupation of Karabakh – A Case Study (1992–2020): Decades of Property Exploitation in an Occupied Economy” barədə danışıb. Kitab ABŞ-ın NOVA Publishing nəşriyyatı tərəfindən çap olunan kitab aprel ayında ABŞ Konqres Kitabxanasının rəsmi kataloquna daxil ediləcək. Kitab SCOPUS indeksi ilə elmi cəmiyyət tərəfindən tanınacaq.
Akademik Hacıyeva monoqrafiyanın yaranma ideyası, çap prosesində qarşılaşdığı çətinliklər, elmi töhfənin Azərbaycan elminə qatqısı və uğur əldə etmək üçün tələb olunan səylərdən danışıb. O, gənclərə beynəlxalq layihələrdə iştirak etmək, elmi araşdırmalar aparmaq və milli dəyərləri xaricdə təmsil etməyin əhəmiyyətini vurğulayıb.
Layihənin rəhbəri 24/7 Kitabxananın əməkdaşı Arzu Məmmədova, icraçıları isə UNEC Dizayn Məktəbinin 2-ci kurs tələbəsi, eyni zamanda 24/7 kitabxananın əməkdaşı Kamal Nuriyev və Maliyyə və Mühasibat fakültəsinin 1-ci kurs tələbəsi, kitabxana könüllüsü Həsən Müslümovdur.