Beynəlxalq əməkdaşlıq departamentinin təşəbbüsü ilə müsahibə formatında baş tutan görüşün məqsədi xarici tələbələrin Azərbaycan dili bacarıqlarının formalaşması prosesi, gündəlik ünsiyyət təcrübələri və ölkəmizdə təhsil aldıqları müddətdə qazandıqları dil vərdişləri barədə fikirlərini öyrənmək olub.
Görüş zamanı tələbələrin Azərbaycanda ən çox eşitdikləri və istifadə etdikləri söz və ifadələr, müəllim və azərbaycanlı tələbələrlə ünsiyyət təcrübələri, qarşılaşdıqları çətinliklər və dil bacarıqlarının inkişafı ilə bağlı düşüncələri müzakirə edilib.
Əcnəbi tələbələr həm Azərbaycan dilində danışıq bacarıqlarını nümayiş etdirib, həm də universitetdəki akademik və sosial həyatları barədə təəssüratlarını bölüşüblər.