24 fevral 2026-cı il tarixində saat 11:00-da UNEC-in əsas tədris binasında, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-in birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçiriləcəkdir.Seminar çərçivəsində iştirak edən tələbələr arasından 10 nəfər seçiləcək və onlar üçün ödənişsiz peşəkar təlim proqramı təşkil olunacaqdır.
Tədbirin məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, maliyyə və bank sahəsində praktiki yanaşmalarla tanışlığı və karyera inkişafına dəstək göstərilməsidir.
İnkişaf etmək və seçilənlər sırasında yer almaq üçün bu fürsəti qaçırmayın!