UNEC-də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhsildə müasir rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda seminar keçiriləcək.Seminar çərçivəsində Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri, Ph.D. Könül Kərimovanın Bakı şəhərinin 12 inzibati rayonunu təmsil edən 36 ümumtəhsil məktəbində apardığı genişmiqyaslı tədqiqatın nəticələrinin sistemli təqdimatı baş tutacaq.
Tədbirdə aşağıdakı məsələlər müzakirə olunacaq:
Qeyd edək ki, tədqiqat 6, 8 və 9-cu sinif şagirdlərinin və onların valideynlərinin könüllü iştirakı ilə İsveçin “Psymet” və Macarıstanın “eDia” onlayn platformalarından istifadə edilərək aparılıb.
Seminar 11 mart 2026-cı il tarixində saat 15:00-da UNEC-in Əsas tədris binasının Ağ Zalında keçiriləcək.