Business Expert Press (BEP) Digital Library biznes və idarəetmə sahəsində aparıcı ekspertlər tərəfindən hazırlanmış praktik və tətbiqyönümlü elektron kitabları özündə birləşdirən elmi platformadır. Bu resurs tədris prosesinin və elmi-tədqiqat fəaliyyətinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Platformada biznes, menecment, marketinq və digər əlaqəli sahələr üzrə geniş elektron kitab kolleksiyası təqdim olunur.
Digər resurs – IEEE Computer Society Digital Library isə kompüter elmləri və informasiya texnologiyaları sahəsində zəngin elmi məlumat bazalarından biridir. Abunəlik çərçivəsində istifadəçilər rəyçi-ekspertlər tərəfindən qiymətləndirilmiş minlərlə elmi məqalə, beynəlxalq konfrans materialları və akademik jurnallara çıxış əldə edirlər.
Bu platforma elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, akademik araşdırmaların keyfiyyətinin artırılması və beynəlxalq elmi mənbələrə çıxışın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.