2026-2027-ci tədris ili üçün Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) ORHUN Mübadilə Proqramı çərçivəsində tələbə və akademik heyət üçün qəbul elan olunur.Proqram bakalavr, magistr, doktorant və professor-müəllim heyəti üçün qardaş ölkələrin aparıcı universitetlərində təhsil almaq və dərs demək üçün əla fürsətdir.
Müraciət üçün tələb olunan sənədlər
Tələbə mübadiləsi üçün:
Müraciət forması (pdf)
Akademik heyət mobilliyi üçün:
Sənədlər linkdə yerləşdirilib: https://turkunib.org/tr/orhun
Mobillik müddəti
Müraciət zamanı nəzərə alınmalı şərtlər
Proqram çərçivəsində seçilmiş tələbələrin səyahət xərcləri universitet tərəfindən qarşılanır. Yataqxana və qidalanma xərcləri isə seçilmiş universitetdən asılı olaraq dəyişə bilər.
Müraciət etmək istəyən namizədlər tələb olunan sənədləri 18 mart 2026-cı il saat 17:30-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Elektron məktub göndərilərkən mövzu hissəsində ad, soyad və müraciət edilən universitetin adı qeyd olunmalıdır.
Proqram haqqında ətraflı: http://turkunib.org/orhun
Həmçinin suallarınızı [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.