UNEC-də “Süni intellektin ali təhsilin keyfiyyətinin yüksəldilməsində rolu” mövzusunda seminar keçiriləcək

13 MART 2026

17 mart 2026-cı il tarixində UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindən “Süni intellektin ali təhsilin keyfiyyətinin yüksəldilməsində rolu” mövzusunda seminar keçiriləcək.

Tədbirdə məruzəçi qismində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun elmi katibi Rafail Rzayev çıxış edəcək. Məruzə zamanı süni intellekt texnologiyalarının müasir təhsil sistemində tətbiqi, tədris prosesinin səmərəliliyinin artırılması, eləcə də ali təhsildə keyfiyyətin yüksəldilməsinə verdiyi töhfələr barədə geniş məlumat veriləcək.

Həmçinin süni intellektin təhsil mühitində yaratdığı yeni imkanlar və bu sahədə mövcud çağırışlar müzakirə olunacaq.

Seminar UNEC-də fəaliyyət göstərən Heydər Əliyevin İrsinin Öyrənilməsi Mərkəzində saat 11:00-da keçiriləcək.