“Anadolu Group” dəstəyi ilə keçiriləcək bu müsabiqədə tələbələr ideyalarını təqdim edəcək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirib şirkət, eləcə də onun liderləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Yarımfinal qalibləri iyul ayında keçiriləcək 3 günlük “İnnovation Bootcamp”da iştirak edəcəklər. Onlardan “Layihə İdarəetməsi” (Project Management) üzrə təlimlərə qatılması, Kouçinq və Mentorluq dəstəyi ilə ideyanın inkişafı və ayrılmış pul vəsaiti vasitəsilə Prototipin hazırlanması gözlənilir. Oktyabr ayında keçiriləcək Finalda seçilən 3 qalib isə pul mükafatı əldə edəcəkdir. Əlavə olaraq, 1-ci yer Türkiyəyə “Anadolu Group” şirkətinə Noyabr ayında səfər edəcək.
📍“One Idea” çərçivəsində təqdim olunan layihələr şirkətin biznes istiqamətləri ilə əlaqəli olmalıdır:
🔹 CCI (Coca-Cola İçecek) məhsulları və İnnovasiyalar
🔹 Təchizat Sistemləri
🔹 İstehsalat
🔹 Satış
🔹 Logistika
🔹 İnsan Resursları
🔹 Maliyyə
🔹 Ətraf mühit
🔹 Rəqəmsallaşma və Texnologiyalar
📌 Layihənin bütün mərhələləri İngilis dilində keçiriləcək.
🔗 Qeydiyyatdan keçmək üçün posterdə olan QR kodu skan edə və ya linkə keçid edərək formu doldura bilərsiniz – https://lnkd.in/dGKAEPD4
📅 Müraciət üçün son tarix : 31 Mart 2026