Konfransın məqsədi müasir dövrdə Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişaf istiqamətlərinin, dövlətçilik ənənələrinin, eləcə də Heydər Əliyev ideyalarının elmi müstəvidə araşdırılması və müzakirəsidir.
Tədbir çərçivəsində müxtəlif bölmələr üzrə məruzələr dinləniləcək, müasir Azərbaycanın inkişaf modeli, beynəlxalq münasibətlər, multikulturalizm, dil, ədəbiyyat və təhsil məsələləri ilə bağlı elmi müzakirələr aparılacaq.
Konfransda iştirak etmək arzusunda olanlar üçün ətraflı məlumat əlavə olunur.