VAKANSİYA: UNEC Dizayn Məktəbinin İnkişafı üzrə Rektor Məsləhətçisi

24 APREL 2026

UNEC Dizayn Məktəbinin strateji inkişafını təmin etmək, təhsil proqramlarını beynəlxalq standartlara uyğunlaşdırmaq və sənaye ilə inteqrasiyanı gücləndirmək məqsədilə Rektor Məsləhətçisi vakansiyası elan olunur.

Seçilmiş namizəd UNEC Dizayn Məktəbinin Strateji İnkişaf üzrə Yol Xəritəsinin hazırlanmasına və icrasına rəhbərlik edəcək, tədris proqramlarının müasir trendlərə uyğunlaşdırılması, innovativ texnologiyaların (Süni İntellekt və rəqəmsal alətlər) təhsilə inteqrasiyası, həmçinin akademik heyət üçün metodiki və texnoloji mentorluğun təşkili istiqamətində fəaliyyət göstərəcəkdir.

Eləcə də, istehsalat və texnologiya şirkətləri ilə strateji əməkdaşlıq əlaqələrinin qurulmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcəkdir.

Tələblər: Dizayn sahəsində minimum 5 il iş təcrübəsinə, tədris və ya mentorluq təcrübəsinə, dizayn və rəqəmsal texnologiyalar üzrə biliklərə, Süni İntellekt alətlərindən istifadə bacarığına, yüksək ünsiyyət və təşkilati bacarıqlara sahib olmalıdır.

🌐Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili yüksək.

🗓️Namizədlər CV və portfoliolarını 7 may 2026-cı il tarixinədək [email protected] e-ünvanına göndərə bilərlər.