UNEC-də 4 ilə 2 diplom qazanmaq imkanı – UDİD proqramına sənəd qəbulu başlayıb

03 İYUL 2026

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən Universitet Daxili İki Diplom (UDİD) proqramına sənəd qəbulu elan olunur.

UDİD proqramı tələbələrə əsas ixtisasları ilə yanaşı, ikinci ixtisas üzrə də təhsil alaraq 4 il ərzində iki bakalavr diplomu əldə etmək imkanı yaradır. Proqram məzunların peşəkar bilik və bacarıqlarını genişləndirir, onların əmək bazarında rəqabət qabiliyyətini artırır və karyera imkanlarını genişləndirir.

 

UDİD proqramına müraciət şərtləri

  • UNEC-in I kurs tələbəsi olmaq;
  • Ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) 71–100bal arasında olması.

Təklif olunan ikinci ixtisaslar

  • Maliyyə
  • Mühasibat
  • Beynəlxalq ticarət və logistika
  • Biznesin idarə edilməsi
  • Menecment
  • Marketinq
  • İqtisadiyyat
  • Statistika

Tədris dilləri

Proqram üzrə təhsil Azərbaycan, rus, ingilis və türk dillərində həyata keçirilir. Tələbələr birinci ixtisaslarının tədris dilindən fərqli tədris dilini də seçə bilərlər.

Tələb olunan sənədlər

  • UNEC rektorunun adına ərizə;
  • Akademik transkript.

Qeydiyyat müddəti: 30 iyun-15 avqust

Əlaqə: (012) 492 66 55(055) 886 63 10

📍 Ünvan: UNEC, Əsas tədris binası, otaq 127