Hörmətli müəllimlər, tədqiqatçılar və doktorantlar!
Sizi 21–22 noyabr 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində İstanbul Beykent Universitetinin ev sahibliyi ilə hibrid formatda keçiriləcək “5th Eurasian Conference on Human-Computer Interaction (HCI-E 2026)” beynəlxalq elmi konfransında iştirak etməyə dəvət edirik.
UNEC-in həmtəşkilatçısı olduğu konfransın əsas mövzusu “Human–AI Symbiosis for Learning, Interaction, Ethics, Accessibility, and Collective Intelligence” (Öyrənmə, qarşılıqlı əlaqə, etika, əlçatanlıq və kollektiv intellekt üçün İnsan–Süni İntellekt sinerjisi) adlanır.
Konfrans çərçivəsində aşağıdakı istiqamətlər üzrə elmi məqalələr qəbul olunur:
Konfransa təqdim olunan bütün məqalələr beynəlxalq elmi komitə tərəfindən ikitərəfli anonim rəy (double-blind peer review) proseduru əsasında qiymətləndiriləcəkdir. Qəbul olunmuş məqalələr ISBN-li konfrans materiallarında nəşr ediləcək, seçilmiş məqalələrin genişləndirilmiş versiyalarının isə beynəlxalq indeks bazalarına daxil edilmiş elmi jurnallarda dərc olunması planlaşdırılır.
Əsas tarixlər
Konfrans haqqında ətraflı məlumat, iştirak qaydaları və məqalələrin təqdim edilməsi üçün rəsmi internet səhifəsinə daxil ola bilərsiniz: https://www.hci-e.com/