Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin innovativ düşüncəsinin inkişafı və tətbiqyönlü ideyalarının reallaşdırılması məqsədilə II Tələbə Startap Müsabiqəsinə start verir.
Müsabiqənin məqsədi:
- Tələbələrin innovativ ideyalarının inkişafına dəstək vermək;
- Texnoloji, sosial, ekoloji və iqtisadi problemlərin həllinə yönəlmiş layihələri təşviq etmək.
Kimlər iştirak edə bilər?
- UNEC-də bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələr.
- Qeyd: UNEC əməkdaşları və ya məzunları komandalarda mentor qismində iştirak edə bilərlər.
- Komandalar 2–5 nəfərdən ibarət olmalı və bir nəfər komanda rəhbəri təyin edilməlidir.
- Hər iştirakçı yalnız bir layihədə iştirak edə bilər.
Layihələrə dair tələblər:
- Layihə innovativ və tətbiqyönlü olmalı;
- Real bazar və ya sosial problemin həllinə yönəlməli;
- Layihənin icra müddəti maksimum 12 ay olmalıdır.
Qeyd: Digər müsabiqələrdə maliyyələşdirilmiş və ya hazırda başqa müsabiqələrə təqdim edilmiş layihələr qəbul edilmir.
Tələb olunan məlumatlar
1. Ərizə (elektron formada).
2. Tələbə biletinin və şəxsiyyət vəsiqəsinin surəti.
3. Komanda üzvləri haqqında qısa məlumat.
4. Layihə təklifi forması (ideya, məqsəd, bazar potensialı və büdcə).
5. Layihənin icra planı və gözlənilən nəticələr.
Qiymətləndirmə meyarları
- İdeyanın yeniliyi və aktuallığı;
- Tətbiq və kommersiyalaşma potensialı;
- Komanda üzvlərinin bacarıqları;
- Layihənin sosial və iqtisadi təsiri;
- Təqdimat keyfiyyəti (pitching mərhələsi).
Qalib layihələrin dəstəklənməsi
- Qaliblərlə UNEC arasında müqavilə bağlanacaq;
- Ayrılmış maliyyə vəsaiti birbaşa layihənin icrasına yönəldiləcək;
- Komanda mütəmadi hesabat təqdim etməli və vəsaitin təyinatı üzrə istifadəsini təsdiq etməlidir.
Son tarix və əlaqə
- Layihələrin qəbulu üçün son tarix: 20 sentyabr, 2026-cı il
- Qeydiyyat üçün e-poçt: [email protected]
· Əlaqə: 055 313 53 65
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdNVZZR4l4Y4xPul31tyFX5JqzvV_4nt4jVIqODH9bY7bkpIA/viewform