ADİU-nun Elmi Şurası keçirilib

19 MART 2015 | VIEWS:

Martın 19-da Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda ADİU-nun Həmkarlat İttifaqı Komitəsinin sədri Pərviz Zeynalovun hesabatı dinlənilib. Hesabatda universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və s. məsələlər müzakirə olunub. SABAH mərkəzinin rəhbəri Aida Quliyeva mərkəzin fəaliyyəti haqqında məlumat verib. SABAH-ın tədrisinin keyfiyyətinin təkmilləşdirilməsi barədə çıxış edib.

Sonra universitetin BİM kafedrasının müəllimi Ramiz Əzizova dosent diplomu,  Bank işi kafedrasının müəllimləri Əliyeva Təhminə və Hüseynova Alidəyə iqtisad üzrə fəlsəfə elmləri doktoru diplomu təqdim edilib. İclasda universitet tələbələrinin fiziki qüsurlu insanlara həsr olunan sosial videoçarxı izlənilib və yaradıcı heyət Fəxri fərmanla mükafatlandırılıb. Türkiyədə keçirilən Xocalı faciəsinə həsr olunan rəsm sərgisində iştirak edən ADİU tələbəsi də Fəxri Fərmanla təltif edilib.