Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Uşaqlar gülsün deyə” adlı xeyriyyə konserti keçirilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilən konsertdə tanınmış müğənnilər Emil Bədəlov, Şahin İsmayılov, Vasif Əzimov, teleaparıcı Murad Əzimzadə, Rahil Sayadoğlu, idmançı Rafael Ağayev, reper Qurd, Xan qrupu, aktyorlar Rəşad Kəsəmənli və Tural Əhməd iştirak ediblər. Qonaqlar çıxışları ilə yanaşı, öz uğur hekayələrini danışıb, UNEC tələbələrinə tövsiyələrini veriblər.
Konsert proqramından əldə edilən vəsait xeyriyyə aksiyasının fonduna köçürüləcək və aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları ilə təmin olunmasına sərf ediləcək.