UNEC-də “Youth in Business Vol.4” çempionatı yekunlaşıb

13 İYUN 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Youth in Business – ölkənin ilk milli biznes çempionatı keçirilib. İB Club gənclərin inkişaf mərkəzi və Almaniyanın Sparkasse maliyyə fondunun ortaq layihəsi olan çempionatın 4-cü mövsümündə 18 komanda öz biznes planları ilə yarışa qatılıb. Finala isə 6 komanda vəsiqə qazana bilib.

Peşəkar münsiflərin rəyi ilə çempionatın qalibi UNEC tələbəsi Cəlil Abbaslının təlimçiliyi ilə Enterpreneurs komandası layiq görülüb. 2-ci yerin sahibi də UNEC tələbəsi Leyla Quliyevanın təlimçiliyi ilə Fələq komandası olub. 3-cü yerə isə, Bakı Dövlət Universitetinin tələbəsi Qumru Şərəfxanovanın təlimçiliyi ilə Vega komandası çıxıb.