i.f.d., dos. Aşurbəyli-Hüseynova Nigar Pirverdi qızı Nigar Pirverdi qızı Aşurbəyli-Hüseynova 1977-ci ildə Bakı şəhərində anadan olub.
Nigar Pirverdi qızı Aşurbəyli-Hüseynova 1999 –cu ildə bakalavr səviyyəsini, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə “Valyuta tənzimlənməsinin makroiqtisadi sabitliyin təmin olunmasında rolu” mövzusunda dissertasiya işini müdafiyə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
N.P.Aşurbəyli-Hüseynova 2019-cu ildən «Daxili fiskal siyasət və dövlət maliyyəsi» mövzusunda UNEC-də iqtisad elmləri doktoru elmi dərəcəsi proqramı üzrə doktorluq dissertasiyası üzərində çalışır.
Əmək təcrübəsi
Əmək fəaliyyətinə 1998 ci ildən başlamışdır. Pedaqoji fəaliyyətə 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasında başlamışdır. 2016-cı ildə kafedranın adının dəyişməsi ilə əlaqədar “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi, , 2019-cu ildən “İqtisadiyyat” kafedrasının baş müəllimi və 2022ci ildən hal-hazıradək “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır.
Nəşrlər:
N.P.Aşurbəyli-Hüseynova 50 elmi və tədris-metodiki məqalənin müəllifidir. SCOPUS, Web of Science sistemində indeksləşən və digər beynəlxalq nüfuzlu elmi jurnallarda 11 məqaləsi nəşr olunub. Beynəlxalq konfranslarda məruzələrlə çıxış edir. Scopus bazasında son 5 ildə Hirş indeksi =1-3 səviyyəsindədir.
Onun həmmüəllifliyi ilə 3 tədris proqramı ( rus və azərbaycan dilində), 1 tədris-metodiki vəsait (rus və azərb. dillərində), 1dərslik və 1 monoqrafiya hazırlanmışdır. “Maliyyə risklərinin idarə edilməsi” adlı dərs vəsaitinin müəllifidir. Mütəmadi olaraq, magistr dissertasiyalarına elmi rəhbərlik edir. Hal-hazırda fəlsəfə doktoru proqramı üzrə 2 doktorantı var.
***
Təltiflər:
Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq UNEC rektoru prof. Ə.C.Muradov tərəfindən 15.10.2018- ci il tarixli 899/3/2018 saylı ƏMRə əsasən təşəkkürnamə ilə təltif edilib .
Yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə və UNEC – ın yaradılmasının 95 illik yubileyi münasibətilə 498/3/2025 il saylı 18.06.2025 tarixli Əmrə əsasən FƏXRİ FƏRMANla təltif edilib.
Əlavə məlumat:
Ailəlidir. 2 evladı var



