Xarici mütəxəssis UNEC tələbələrinə mühazirə deyib

14 OKTYABR 2016 | VIEWS:

Maldiv Adalarının “Tennssor Holdings Pvt. Ltd” şirkətlər qrupunun və eyni zamanda Amerikanın “Pronto Consulting & Finance Company” şirkətlər qrupu üzrə maliyyə məsləhətçisi Mohammad Hanif UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində ingilis dilində təhsil alan tələbələrə mühazirə deyib.

Mohammad Hanif beynəlxalq layihələrin maliyyələşdirilməsi və müxtəlif ölkələrdə böyük inşaat-tikinti tenderlərinin əldə olunması və reallaşdırılması sahəsində təcrübələrini bölüşüb və tələbələrin suallarını cavablandırıb.

Daha sonra  Mohammad Hanif universitetimizdə yeni yaradılmış BMDM ilə yaxından tanış olub. BMDM-in fəaliyyətini yüksək dəyərləndirən mütəxəsis tədris olunan fənlərlə bağlı öz tövsiyələrini verib.

Qeyd: “Beynəlxalq magistratura və doktorantura mərkəzi, magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün UNEC Elmi Şurasının 29 iyun 2015-ci il tarixli iclasında yaradılmasına dair qərar verilib. Mərkəzdə 5 ixtisas  üzrə 4 dildə tədris aparılır.