Mayın 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə “Hədəf Bakıdır.Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib.Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş sənədli film faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunub. Layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur.
Filmdən öncə tarix elmləri doktoru, professor Bəhruz Abdullayev çıxış edərək, faşizm üzərində qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz rol oynamasından danışıb. Bildirib ki,İkinci Dünya Müharibəsizamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin isə 80 faizi Azərbaycanın payına düşüb.Professor 1941-1945-ci illər müharibəsində azərbaycanlıların qəhrəmanlığından və Bakının böyük təhlükədən şücaətlə müdafiə olunmasından bəhs edən filmin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, sənədli filmin hazırlanmasında müxtəlif ölkələrin arxivlərində qorunan sənədlərdən və tarixi xronikadan istifadə olunub.
ADİU rəhbərliyi, professor-müəllim heyətivə tələbə kollektivi filmdən böyük təəssüratla ayrılıblar.