UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistri İlhamə Qasımzadə “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində keçirilən “Antisemitik Nifrət Nitqinə Qarşı Mübarizə” mövzusunda keçirilən seminarda Azərbaycanı təmsil edib.
Fransanın Strasburq şəhərində keçirilən seminarın məqsədi Avropa ölkələrində antisemitizmlə bağlı təcrübələri bölüşmək və onunla milli və Avropa səviyyəsində mübarizənin ən effektiv yollarını müəyyənləşdirməkdir.
Tədbir çərçivəsində iştirakçılar antisemitizm və nifrət nitqi anlayışı haqqında məlumatlandırılıblar. Həmçinin, tədbirin rəsmi hissəsində iştirak edən Avropa Şurası və Avropa İttifaqının nümayəndələri mövzunun hüquqi əsasları haqqında danışıblar. Bundan başqa, iştirakçılar tərəfindən qrup işləri vasitəsilə gələcək fəaliyyətlər haqqında təkliflər hazırlanıb.