“Açıq qapı”da bütün ixtisas qrupları üzrə abituriyentlər, eləcə də onların valideynləri iştirak ediblər. Onlara universitetin ixtisasları, xüsusi təqaüd proqramları, keçid balları, “Rəqəmsal UNEC” platforması, beynəlxalq əməkdaşlıq imkanları, Universitet Daxili İki Diplom (UDİD) və minor proqramları, tələbə təşkilatları, UNEC Yaradıcılıq Mərkəzinin fəaliyyəti, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib.
Görüş zamanı abituriyentlərin sualları cavablandırılıb, eləcə də universitetlə tanış olmaq imkanı yaradılıb.
Qeyd edək ki, iyun ayının 21-dən iyul ayının 21-dək UNEC-də “Abituriyent Aylığı” elan olunub. Ay ərzində hər həftənin çərşənbə axşamı “Açıq qapı” günləri, cümə günləri isə UNEC-in rektoru ilə görüşlər keçiriləcək.
İştirak etmək üçün UNEC Bot – 012 492 60 43 nömrəsinə WhatsApp vasitəsilə yazmağınız kifayətdir.