Adı “Dünyanın Ən Nüfuzlu 500 Müsəlmanı” siyahısına daxil edilən məzunumuz 

29 YANVAR 2018 | VIEWS:

Vugar BayramovUNEC-də “Ayın məzunu” layihəsi davam edir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız. 

Yanvar ayının məzununu qürurla təqdim edirik! 

Vüqar Bayramov 1975-ci il iyunun 13-də anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə, 1997-ci ildə isə aspiranturaya daxil olub. 2003-cü ildə fəsləfə elmləri doktorluğu üzrə elmi işini müdafiə edib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Vaşinqton Universitetində davam etdirib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qurucusu və sədri olan tanınmış alim makro-iqtisadiyyat sahəsi üzrə bir sıra araşdırmaların müəllifidir. Əsərləri ABŞ, Belçika, Yaponiya, Cənubi Afrikada, Böyük Britaniyada çap edilib və ümumilikdə dünyanın 19 dilinə tərcümə olunub. 40-dan çox elmi məqalənin müəllifi olan V.Bayramov dünyanın 35-dən artıq universitetində mühazirə oxuyub. 2010-ci ildə adı “Dünyanın Ən Nüfuzlu 500 Müsəlmanı” siyahısına daxil edilib. 

2014-cü ildən UNEC-in dissertantıdır. 

İqtisadçı alim öz uğur hekayəsini UNEC tələbələri ilə bölüşür: 

Azərbaycan Dövlət İqtisad Universiteti mənə baza təhsili verdi və mən onu ABŞ-da inkişaf etdirdim. O vaxtlar hədəfim dünyanın ən aparıcı beyin mərkəzlərindən birinin qurucu olmaq, fərqli ölkələrdə proqramlar hazırlamaq, akademik nəşrlərdə Azərbaycanla bağlı tədqiqatları çap etdirmək və imparkt faktorlu jurnallarda ölkəmizin mövqeyinin gücləndirilməsi idi. Bu gün arzularıma nail olub əzmlə yeni hədəflərə doğru addımlayıram. 

Hələ ABŞ-da təhsil alarkən Azərbaycandakı mövcud tədqiqat mərkəzləri ilə universitetlərin imkanlarını qiymətləndirib, bu qərara gəldim ki, ölkəmizdə beyin mərkəzinə ehtiyac var. Düşünün, ABŞ-ın aparıcı universitetləri Harvard, Yel, Prinston həm də kifayət qədər ciddi beyin mərkəzi kimi fəaliyyət göstərirlər. 14 min tələbəsi, 6 minə yaxın professor-müəllim heyəti olan Yel Universiteti tələbələrin 45 faizinə təqaüd təklif edir. Amma gəlirlərinin əhəmiyyətli hissəsini fərqli beyin mərkəzi kimi istehsal etdiyi məhsullar hesabına qazanır. Ümumiyyətlə, ABŞ-da beyin mərkəzləri həm Amerika, həm də qlobal siyasətə təsir etmək imkanına malikdirlər. Buna görə də düşündüm ki, Azərbaycanda müstəqil, məsələlərə obyektiv yanaşan, həm də təbii ki, elmi tədqiqat aparılması üçün geniş imkanı olan beyin mərkəzinə ehtiyac var. Buna görə də təhsilimi başa vurub vətənə qayıdan kimi İqtisadi və Sosial İnkişaf Mərkəzini yaratdım. 

İlk dövrlərdə asan deyildi, çünki Azərbaycanda ənənəvi QHT-lər daha fəal idilər. Buna rəğmən biz beyin mərkəzimizin strategiyasını müəyyən etdik və qısa zamanda bizim məhsula həm yerli, həm də qlobal səviyyədə tələbin artdığını müşahidə etdik. Bu gün qürurla deyirəm ki, beynəlxalq təsnifatda Azərbaycanda ilk beyin mərkəzi kimi tarixə düşdük. Biz 7 ildir Amerikanın Pensilvaniya Universitetinin BMT-nin dəstəyi ilə hazırladığı qlobal beyin mərkəzləri reytinqində Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəziyik. İllik büdcəsi 5 milyondan az olan ən güclü, dünyada ən yaxşı idarə edilən 5, dünyanın ən yaxşı və məşhur müstəqil 10 beyin mərkəzindən biriyik. Əslində bu müddət elə uzun müddət deyil, amma qısa zamanda bizim mərkəz dünyada CESD brendi kimi tanındı və qəbul edilməyə başlandı.  

Sözsüz ki, CESD yalnız beynəlxalq arenada deyil, ölkədə də ciddi nüfuz qazandı. Nəticədə çox fərqli proqramların hazırlanmasına cəlb edildik. İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi kimi ciddi qurumlarla xüsusi proqramların hazırlanmasında əməkdaşlıq etdik. Beyin mərkəzi olaraq yeni iqtisadi modelin – Strateji Yol Xəritəsinin hazırlanmasında yaxından iştirak etdik və mən sevinclə bildirirəm ki, belə əhəmiyyətli bir sənədin müəlliflərindən biriyəm. 

Eyni zamanda CESD həm də yerli və xarici media ilə yaxından əməkdaşlıq edir, mütəmadi olaraq Nyu York Times, Euronews, CNBC kimi nüfuzlu media orqanlarında mövqe nümayiş etdirir. 

Bir sözlə, qısa zamanda CESD sözün həqiqi mənasında bir məktəbə çevrildi. Bizim beyin mərkəzində çalışan və təcrübə keçən insanlar dünyanın müxtəlif ölkələrində kifayət qədər aparıcı mövqelərə sahibdirlər. Məsələn, Harvard Universitetinin Baltik ölkələri üzrə proqramında çalışan aparıcı söz sahibi CESD məzunudur. 

Bu gün dünyanın ən yaxşı və məşhur müstəqil 10 beyin mərkəzindən birinin rəhbəri olaraq deyə bilərəm ki, bu sektorda olmaq çox faydalıdır. Öz potensialını dövlətin və cəmiyyətin inkişafı naminə istifadə etmək, iqtisadi siyasətə töhfə vermək, fərqli ölkələrdə dövlət proqramlarının hazırlanmasına cəlb edilmək böyük üstünlükdür. Mən iqtisadçı kimi müxtəlif ölkələrin hökümətlərilə əməkdaşlıq etmişəm. Adım Corc Vaşinqton və İordaniyanın Kral Akademiyasının hazırladığı “Dünyanın Ən Nüfuzlu 500 Müsəlmanı” siyahisına (elm və innovasiya kateqoriyası üzrə) ilk azərbaycanlı iqtisadçı kimi daxil olub. 

Beyin mərkəzi sektoru mənim üçün çox cəlbedicidir. Bura tək iqtisadi siyasətlə məşğul olmaq deyil, həm də elmi tədqiqatlar aparmaq imkanı verir. CESD qlobal akademik jurnallara çıxış imkanları əldə edib. Dekabr ayında iki məqaləm “Thomson Reuters” bazasına daxil olan jurnallarda dərc edilib. Bu il isə impakt faktorlu jurnallarda 5-ə yaxın məqalə dərc etdirməyi düşünürük. Yəni qlobal akademik jurnallarda fikirlərini bölüşmək, ölkədaxili prosesləri dünya elm platformasında təhlil etmək və iqtisadi siyasətə töhfə vermək baxımından da bu sektor bir üstünlükdür. 

Məzunu olduğum universitetə baxanda bu gün onun çox fərqli mövqedə dayandığını görürəm. Mən Azərbaycan Dövlət İqtisad Universitetində təhsilimi başa vurduqdan sonra bir müddət müəllim kimi də çalışmışam. Etiraf etmək lazımdır ki, bəzi qruplarda dərs demək əslində vaxt itkisi idi və bu da stimul yaratmırdı. Ancaq indi UNEC cəlbedici bir məkana çevrilir. Aparılan islahatlar xüsusi ilə tələbələrin potensialına təsir edir. İndi həm təhsildəki şəffaflıq, həm də tələbələrin potensialının yüksəldilməsi gələcəkdə UNEC-də müəllim kimi çalışmaq imkanını çox cəlbedici edir. 

Hesab edirəm ki, UNEC brendini müəyyənləşməsi İqtisad Universitetinin ən ciddi uğurlarından biridir. Təhsil ocağının həm yerli, həm də qlobal arenaya daxil olmasına ehtiyac var idi. Bu gün təhsil sektorunda sərhədlər itib və rəqabət kifayət qədər güclüdür. Bu baxımdan UNEC-də aparılan islahatlar onun rəqabət bazarında güclü mövqe qazanacağının təminatçısıdır. UNEC-də aparılan islahatlar, xüsusi ilə də şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi təqdirəlayiqdir. Düşünürəm ki, UNEC növbəti mərhələdə də təhsilin keyfiyyətinin artırılmasını və beyin mərkəzinə çevrilməyi əsas hədəf kimi seçməlidir. Təhsilin keyfiyyəti kadrlardan və müəllimlərdən asılıdır. UNEC keyfiyyətli kadrların universitetə cəlb edilməsi prosesini davam etdirməlidir. Bu gün xaricdə təhsil alan, kifayət qədər potensialı olan tədqiqatçılar UNEC-də pedaqoji fəaliyyətə başlayıblar. Etiraf etmək lazımdır ki, son 4 ildə UNEC çox ciddi bir mərhələyə qədər qoyub və bu təcrübəsi göstərir ki, elmi tədqiqat mərkəzinə çevrilmə mərhələsinə də uğurla addımlayacaq. 

Bu gün gənclər arasında Bill Qeyts və Mark Zukerberqin ali təhsilləri olmaya-olmaya nail olduqları uğurları nümunə çəkmək dəbi var. Tələbələrlə görüşdə həmişə deyirəm ki, etiraf etmək lazımdır ki, siz Bill Qeyts ola bilməyəcəksiniz. Kim ola biləcəksinizsə hədəflərinizi o istiqamətə yönləndirməlisiniz. Əvvəlcə hədəf müəyyən edilməli, sonra ona çatmaq üçün plan qurulmalıdır. Hədəflərimizə ancaq təhsillə çata bilərik, ən dayanıqlı metod budur. Tələbəlik dövründə konkret hədəf müəyyən edəndə ona çatmaq daha da asan olur. Tövsiyə edirəm ki, UNEC tələbələrinin bəlli hədəfləri olsun və zamanın idarəedilməsini yaxşı öyrənsinlər. Bu iki vacib amil olmadan təhsildə uğur əldə etmək mümkün deyil.

Sentyabr ayının məzunu  –  Aydın Quliyev: “Dünyada 100 nəfərdən biri olacağımı planlaşdırmırdım”
Oktyabr ayının məzunu –Həsən Quliyev: “Universitetin qazandırdığı vizyon karyeramda uğurlara yol açdı”
Noyabr ayının məzunu  – Anar Bayramov: “Son illərdə UNEC-in nüfuzu, marka dəyəri əhəmiyyətli dərəcədə artıb”
Dekabr ayının məzunu  – Rza Sadiq: “UNEC Azərbaycan təhsilində əvəzsiz rol oynayır” 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna