Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru UNEC-də olub

13 APREL 2023 | VIEWS:

Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru professor Karl Ennsfellner UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşən baş icraçı direktor Karl Ennsfellnerə universitetin tədris proqramları, beynəlxalq əlaqələri barədə məlumat verilib. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub və hər iki universitet arasında əməkdaşlıqla bağlı ilkin razılıqlar əldə edilib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/10051-avstriyanin-krems-tetbigi-elmler-universitetinin-bash-icrachi-direktoru-unec-de-olub