Tələbə Rektor universitetin əsas korpusunda, 325-ci otaqda fəaliyyət göstərir. Tələbələr həftə içi saat 14:00–18:00 aralığında əsas tədris binasında onunla görüşərək təklif, şikayət və iradlarını bildirə bilərlər. Müraciətlərin elektron formada qəbulu da mümkündür.
Qeyd edək ki, Ayan Cavadzadə 2023-cü ildə Biznes və menecment fakültəsinin “Marketinq” ixtisasına (əyani şöbə, azərbaycan bölməsi) qəbul olub. Hazırda həmin ixtisas üzrə 3-cü kurs əlaçı tələbəsi olaraq təhsilini davam etdirir.
Müraciət linki: https://forms.gle/qdEM8Tx2bySgiWuQ6