Aygün Rövşən qızı Novruzova

Doğum tarixi: 17.05.1988, Füzuli rayonu, Horadiz qəsəbəsi.

1995-2006-cı illərdə orta məktəbi bitirmişdir.

2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetini Dilşünaslıq-Tərcümə ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirmişdir.  

2011-2013-cü ildə Bakı Slavyan Universitetində Magistr təhsili almışdır.

2017-2018-ci illərdə Bakı Slavyan Universitetində “İngilis dili müəllimliyi” üzrə pedaqoji ixtisasartırma təhsili almışdır.

*

2010-2013-cü illərdə “Global Business Services” MMC-də tərcüməçi olaraq çalışmışdır.

2013-2023-cü illərdə “BOS Şelf” MMC-də müxtəlif vəzifələrdə – Tərcüməçi, Layihə üzrə Admin və daha sonra Layihə üzrə Koordinator vəzifələrində çalışmışdır.

2021-2023-cü illərdə “İnnab” təlim mərkəzi ilə Karyera Məsləhətçisi və təlimçi olaraq əməkdaşlıq etmişdir.

Hazırda UNEC-in “Karyera Planlaşdırılması və inkişafı” kafedrasında müəllim vəzifəsində çalışır.