Azərbaycan radiosunun 90 illiyi Radio UNEC-də qeyd edilib

04 NOYABR 2016 | VIEWS:

Radio UNEC-in 5 noyabr efiri Azərbaycan Radiosunun yubileyinə  həsr edilib. Radio UNEC-də fəaliyyətə başladığı 90 il ərzində milli radionun keçdiyi yoldan, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması sahəsində universitet radiosunun əhəmiyyətindən danışıblar. Daha sonra Radio UNEC-in gələcək layihələrini müzakirə edilib.

Efirdə Azərbaycan radiosuna həsr edilmiş çarx təqdim edilib. Sonda UNEC  Yaradıcılıq Mərkəzinin üzvləri canlı musiqiləri ilə radio dinləyicilərinin qonağı olublar.