bux_zema_fotob/m. Əliyeva-İsmayılova Zenfira Heydər qızı

4 mart 1954-cü ildə Dərbəndin Belidji qəsəbəsində anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.

1971-ci ildən İqtisad Universitetinin Tələbə şöbəsində işə qəbul olunmuşdur.

 

1977-ci ildə İqtisad Universitetinin aspirantura şöbəsində çalışmışdır. 1978-ci ildən “Mühasibat uçotu” kafedrasında laborant vəzifəsində fəaliyyətini davam etdirmişdir.

1982-ci ildə həmin kafedrada müəllim vəzifəsinə, 2002-ci ildən baş müəllim vəzifəsinə keçmişdir.

20 məqaləsi çap olunmuşdur.

Ailəlidir, iki övladı, 3 nəvəsi var.