nusrat_9250Babayev Nüsrət Salman oğlu

1960-cı il iyulun 1-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur.

1966-cı ildə Tərtər rayonu Mamırlı kənd orta məktəbinə daxil olmuşdur.
1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir.

1976-cı ildə Azərbaycan Texniki Universitetinə (əvvəlki Ç.İldırım adına Politexnik İnstituna) daxil olmuşdur.
1982-ci ildə həmin Universiteti bitirərək mühəndis-sistemotexnik ixtisası almışdır. Həmin il təyinatla AR Maliyyə Nazirliyinin Hesablama Mərkəzinə göndərilmişdir.

22 noyabr 1982-ci ildən AR Maliyyə NazirliyininHesablama Mərkəzində mühəndis-sistemotexnik,  maşın rəisi vəzifələrində işləmişdir.
30.06.1986 – 28.12.1987-ci illərdə Hesablama Mərkəzində növbə rəisi vəzifəsində fəaliyyət göstərmişdir.
28.12.1987-ci ildə köçürmə yolu ilə  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Dövlət Sığortası baş idarəsinin Sığorta məlumatlarının  avtomatik işlənilməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

2 yanvar 1992-ci ildən Azərbaycan Respublikası Kommersiya Sığorta Şirkətində yaradılmış Kompüterləşdirmə idarəsinin rəisi və eyni zamanda Sədrin müşaviri vəzifəsinə təyin edilmişdir.

 

 

*

16 aprel 2001-ci ildə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikası “Şəfa ” Dövlət Tibbi Sığorta Şirkətinin baş direktoru vəzifəsinə təyin edilmişdir.

13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya  Şirkətinin “Şəfa” Dövlət Tibbi sığorta Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir.

01.08.2008-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət sığorta Kommersiya Şirkətinin “Şəfa” Dövlət Tibbi Sığorta Filialının direktoru vəzifəsində çalışmışdır.

1996-2011-ci illərdə “Təfəkkür” Universitetində;
1996-2008-ci illərdə “Odlar Yurdu” Universitetində;
2001-2009-cu illərdə Azərbaycan Universitetlərində baş müəllim;
2004-2011-ci illərdə ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasında saathesabı müəllim işləmişdir.

2011-ci ildən İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.

Hazırda “Royal Sığorta” ASC-nin idarə heyətinin sədridir.

UNEC-in doktorantıdır. 6 elmi məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI