meh_fotobio.f.d. Yusifova Mehriban Rauf qızı

1977-ci  ildə Bakı  şəhərində anadan olmuşdur.

1984-1994-cü illərdə 225 saylı orta məktəbdə oxumuşdur. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna daxil olmuş, 1999-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1997-1999-cu illərdə “Qida məhsullarının texnologiyası” kafedrasında laborant vəzifəsində calışmışdır. 1999-2001-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Qida məhsullarının texnologiyası istiqaməti  üzrə   magistratura pilləsində oxuyaraq,  2001-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasında yenidən işləməyə başlamışdır. 2011-ci ildən “Qida məhsullarının texnologiyası” kafedrasında saat hesabı ilə dərs aparıb.

2011-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunun dissertantıdır.

1999-2001-ci illərdə “Yimpaş –Babatürk” LTD şirkətində (Un dəyirmanı və Qənnadı fabriki) laboratoriya müdiri vəzifəsində işləmişdir.

 

 

*

31 oktyabr 2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Qida təyinatlı müxtəlif materialların mikrobiotası və onların tullantılarının biokonversiyası” mövzusunda  dissertasiya işini müdafiə etmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

40-dək tezis və məqalələri yerli və xarici mətbuatda çap olunmuşdur. 3 fənn proqramı, 3 dərs vəsaiti və 2 metodik göstəriş üzərində həmmüəllif kimi iştirak edərək çalışır.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

mehriiiii_0325-430x320IMG_5038IMG_5046