meh_fotobio.f.d., dos. Yusifova Mehriban Rauf qızı

17 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1984-1994-cü illərdə 225 saylı orta məktəbdə oxumuşdur.
1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna daxil olmuş, 1999-cu ildə  həmin institutun “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2001-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin (həmin ixtisasın) magistr pilləsini  fərqlənmə diplomu ilə bitirmişdir.
1997-1999-cu illərdə “Qida  məhsullarının texnologiyası” kafedrasında çalışmışdır.
1999-2001-ci illərdə Yimpaş-Babatürk LTD şirkətində laboratoriya müdiri vəzifəsində işləmişdir. 2001-ci ildən yenidən  “Qida  məhsullarının texnologiyası” kafedrasında çalışmağa  başlamışdır. 2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Qida təyinatlı müxtəlif materialların mikrobiotası və onların tullantılarının biokonversiyası” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2011-ci ildən kafedrada saat hesabı dərs aparıb, 2020-ci ilə kimi həmin kafedranın müəllimi olub.

2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.

20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.

*

80-dən çox elmi-metodiki əsərin müəllifidir. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda tezis və məqalələri  çap olunmuşdur. 1 məqaləsi İmpakt Faktor göstərcisi olan “Thomson Reuters” indeksli  jurnalda nəşr olunmuşdur. 3 dərs vəsaiti, 2 metodik vəsait və 10 proqramı nəşr olunub. Eyni zamanda 2 dərslik, 2 dərs vəsaiti və 3 proqramda həmmüəllif kimi çalışır. UNEC-də 2016/2017-ci tədris ilinin diferensial əməkhaqqı sisteminin reytinq cədvəlində (ilk yüzlükdə)  32-ci yeri tutmuşdur. “Özünüqiymətləndirmə və keyfiyyətin yüksəldilməsi” şurası tərkibində fəaliyyət göstərən “Keyfiyyət elçiləri”–nin üzvüdür.

Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

mehriiiii_0325-430x320IMG_5038IMG_5046mehriban_sertMehriban Rauf