“MADE IN AZERBAIJAN”
BİZNES İDEYA MÜSABİQƏSİ 2017

ELAN

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.

Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat qazanacaqdır.

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafik aşağıdakı kimidir:

17 aprel  –   Müsabiqənin başlanmasına dair elan verilməsi

17 aprel – 5 may – Biznes ideyaların qəbul edilməsi

6 may – 12 may –  Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 3 finalçının müəyyənləşdirilməsi

17 may –  Final mərhələsi və Mükafatlandırılma

Finala çıxmış biznes ideyaların təqdimatı və Münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.

 Biznes ideyalar təqdim edilməsi barədə tələblər:

  • İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu
  • Modern, orijinal, kreativ və aktual yanaşma
  • Layihənin daxili bazarda tətbiqinin reallığı
  • Layihənin formatı (esse, təqdimat, video-çarx və digər)
  • Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı

 İdeyalarınızı 5 may 2017-cı il tarixinə qədər unec.edu.az/biznesideya2017 səhifəsi vasitəsilə event@unec.edu.az e-mail ünvanına göndərə bilərsiniz.

BİZNES İDEYANIN GÖNDƏRİLMƏSİ FORMATI

Ətraflı məlumat: unec.edu.az/biznesideya2017

Email: event@unec.edu.az

Tel.: (+994 12) 492 31 21

6162 1