Bu il UNEC-ə 12 nəfər Prezident təqaüdçüsü qəbul olub

07 OKTYABR 2024 | VIEWS:

2024-2025-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan tələbələrdən 12 nəfəri Prezident təqaüdünə layiq görülüb.

Bu ilki Prezident təqaüdçüləri arasında ilk dəfə olaraq, I ixtisas qrupu üzrə tələbə də yer alıb. 692,8 bal toplayan Nicat Şirinov Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” (tədris ingilis dilində) ixtisasına qəbul olub. Qeyd edək ki, Nicat Şirinov həm də universitet üzrə ən yüksək bal toplayan tələbədir.

Prezident təqaüdünü qazanan digər 10 tələbə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), “Maliyyə” ixtisasına , 1 tələbə isə Maliyyə və mühasibat fakültəsinin “Maliyyə” ixtisasına qəbul olub.  

Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE)

  1. Ülvi Həbibli- 681.6 bal
  2. Nuray Hacıyeva- 675.2 bal
  3. Əsmər Həsənli- 674.6 bal
  4. Yunis Səfərli- 671.9 bal
  5. Azər Baxşaliyev- 671.5 bal
  6. Amin Xəlilzadə- 670.3 bal
  7. Lalə Məmmədova- 670 bal
  8. Cəlal Muradov- 669,6 bal
  9. Elcan Hüseynov- 669,4 bal
  10. Şükür Elyazov- 668,3 bal

*
Maliyyə və mühasibat fakültəsi

Xədicə Mərdanlı – 674,8 bal

Tələbələrimizi təbrik edirik və uğurlar arzulayırıq!

Bu il UNEC-ə 12 nəfər Prezident təqaüdçüsü layiq görülüb