Distant təhsillə bağlı təlimlər böyük maraqla qarşılanıb- VİDEO

01 SENTYABR 2020 | VIEWS:

UNEC-də distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə onlayn təlimlərə başlanılıb.

Avqustun 31-də keçirilən ilk təlimdə Zoom platforması üzərindən qeydiyyatdan keçən 1000-dək müəllim iştirak edib. Facebook üzərindən canlı yayımda isə təlimi 2000 nəfər izləyib.

“Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri” mövzusuna həsr olunan ilk təlimi ABŞ-ın Şimali Dakota Universitetinin professoru, azərbaycanl alim Fariz Hüseynov keçib. İştirakçıların maraqla izlədikləri təlimdə Fariz Hüseynov distant tədrisin məqsədi, ənənəvi təhsillə oxşar və fərqli cəhətləri, distant təhsilin formatı, keyfiyyət standartları barədə təqdimatla çıxış edib.

Sonra isə Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova “Onlayn tədrisin təşkili” barədə təqdimatla çıxış edib. O, distant tədrisdən gözləntilər, onların idarəolunması, müəllim və tələbələrin məsuliyyət bölgüsü, qiymətləndirmə faktorları və digər məqamlardan danışıb.

Təqdimatlardan sonra təlim iştirakçılarının sualları spikerlər tərəfindən cavablandırılıb.

“Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna həsr olunan təlimlər sentyabrın 4-dək davam edəcək.

Təlimlər UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanır.

VİDEO

AZTV

http://news.unec.edu.az/xeber/106-tedris/6734-bold-distant-tehsille-bagli-telimler-boyuk-maragla-garshilanib-video-bold

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - Premium Hookah - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com