Dj.Tural UNEC tələbələri ilə görüşəcək

19 APREL 2016 | VIEWS:

Aprelin 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yol hərəkəti təhlükəsizliyi həftəsi çərçivəsində maarifləndirici tədbir keçiriləcək. “Avtostop” verilişinin aparıcısı Dj.Tural 11:30-da Radio UNEC-in canlı efirində qonaq olacaq. Veriliş universitetin rəsmi Youtube kanalı vasitəsilə canlı yayımlanacaq.

Verilişdən sonra Dj.Tural UNEC tələbələri ilə görüşəcək. Əsas tədris binasının böyük akt zalında baş tutacaq görüşdə yollarda təhlükəsizliyin təşkili, sürücü-piyada münasibətləri, yol hərəkəti qaydaları haqqında məlumat veriləcək.