Doktorant: “UNEC elmin, təhsilin yarış meydanına çevrilib”

17 NOYABR 2017 | VIEWS:
1487

DSC_8474UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı strateji yol xəritələrinin əsas istiqamətləri kontekstində” mövzusunda elmi məqalə müsabiqəsi keçirilib.

Doktorantlar arasında keçirilən müsabiqədə “Maliyyə və maliyyə institutları” kafedrasının dissertantı Ruhiyyə Əliyeva qalib olub. “Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi” mövzusuna görə qalib olan Ruhiyyə xanım həm də Rus İqtisad Məktəbinin mütəxəssisidir. Gənc tədqiqatçı ilə müsahibəni təqdim edirik:

– Ruhiyyə xanım, “Elm aylığı” tədqiqatçı kimi sizə nə verdi?

– Əvvəla, “Elm aylığı”nın təşkilində, məqalələrin qiymətləndirilməsində əməyi olan UNEC-in professor-müəllim heyətinə minnətdarlığımı bildirirəm. Elm – tədqiqat, araşdırma, amma eyni zamanda bir rəqabət, yarış meydanıdı. Bu gün universitetimizdə tətbiq edilən dəyər ölçüsü, elmin, biliyin qiymətləndirilməsi kriteriyaları, o cümlədən alimə, gənc tədqiqatçılara, elmi araşdırmalara münasibət göstərir ki, UNEC həqiqətən elmin, təhsilin yarış meydanına çevrilib. Bu baxımdan “Elm aylığı” elmi bilikləri, apardığımız tədqiqatlar üzrə gəldiyimiz nəticələri nümayiş etdirməyə, UNEC-in dəyərli alimləri ilə bölüşməyə imkan yaratdı.

– Tələbəlik dövrünüzdə elmi fəaliyyətlə məşğul olurdunuzmu?

– Tələbəlik dövrü hər bir insanın həyatında ən maraqlı mərhələlərdən biridir. Bu mərhələdə tələbə müstəqil həyata ilk addımlarını atır, cəmiyyəti, cəmiyyət qanunlarını daha yaxından müşahidə və qavrama imkanları əldə edir. Eyni zamanda seçdiyi sahə üzrə daha dərin, akademik elmi biliklər qazanmaq imkanları yaranır. Mənim də ilk tələbəlik illərindən elmə, xüsusilə təhsilə marağım böyük olub. Məhz bu maraq məni UNEC-ə gətirib çıxardı, magistratura, daha sonra doktorantura təhsilimi davam etdirdim. Məhz UNEC-in mənə verdiyi bilik və bacarıq sayəsində araşdırma, elmi nəticələrimlə doktorantlar arasında müsabiqədə birincilik əldə etdim.

– Elmi fəaliyyətinizi iqtisadiyyatın hansı istiqaməti üzrə davam etdirirsiniz?

– Azərbaycanın müstəqillik tarixindən çox az zaman keçsə də, inamla irəliyə, inkişafa doğru davamlı addımlar atır. Eyni zamanda geostrateji baxımdan cox əhəmiyyətli bir coğrafi ərazidə yerləşir. Ölkəmizin zəngin təbii sərvətlərə malik olması onun eyni zamanda dinamik iqtisadiyyata sahib olmasını şərtləndirir. Belə mürəkkəb, həm də geniş diversifikasiyalaşmiş iqtisadiyyatın ən əhəmiyyətli istiqamətlərindən birini də vergilər sahəsi təşkil edir. Bildiyimiz kimi, Azərbaycan planlı iqtisadiyyatdan tam imtina edib, azad rəqabətə əsaslanan bazar iqtisadiyatını tətbiq edən müasir və mütərəqqi dövlətlərdən birinə çevrilib. Azad iqtisadiyyatı, ədalətli rəqabəti qoruyan dövlətlərdə vergilər, onların tətbiqi, vergitutma bazasının müəyyənləsdirilməsi, vergi inzibatçılığı, tətbiq olunan vergilərin dərəcələri, vergiqoyma cox mühüm bir mexanizmə çevrilir. Mənim elmi araşdırmalarım da əslində həm iqtisadiyyatımız, həm də cəmiyyətimiz üçün yeni olan bu iqtisadi alətin, vergilərin araşdırılmasına həsr olunub.

– Son dövrlər gənclərdə elmə maraq daha çox artıb. Sizcə, gəncləri elmə həvəsləndirməyin ən effektiv üsulu nədir?

– Sevindirici haldir ki, son illər gənclərin elmə, təhsilə marağı durmadan artmaqdadır. Bu işdə dövlətimizin, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin elmə göstərdiyi xüsusi münasibətin, qayğının əvəzsiz rolu var. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, biz neft kapitalını insan kapitalına çevirməyi bacarmalıyıq. Bu praqmatiq, ağıllı və uzaqgörən düşüncənin ən düzgün və lakonik ifadəsidir. Fikrimcə, magistraturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi bu istiqamətdə atılan müsbət addımlardan biridir. UNEC-də uğurla tətbiq olunan Differensial Əməkhaqqı Sistemi, elmi müsabiqələrin keçirilməsi, nüfuzlu beynəlxalq elm mərkəzləri, universitetlərlə əməkdaşlıq, elmi nailiyyətlərin mübadiləsi bu inkişafa təkan olur. Əminəm ki, elm, təhsil və biznes üçbucağının formalaşması gənclərdə elmə həvəsi bir qədər də artıracaq. Elm təhsilə, təhsil biznesə, biznesdən daxil olan pullar isə elmə xidmət etdikcə hər üç sahədə daha ciddi nailiyyətlər əldə olunacaq.

– Güclü rəqabət mühitində sizin məqalənin özəlliyi nə idi?

– Qeyd etdiyim kimi, məqaləm cəmiyyətimiz, iqtisadiyyatımız üçün yeni iqtisadi alətə, vergilər sahəsinə həsr olunub. Spesifik, lakin cox dərin bir istiqamət olan vergi və vergiqoyma sahəsi dinamik inkişaf edən iqtisadiyyatın tələblərinə uyğun mütəmadi yeniliklər, islahatlar tələb edir. Elə sahə ola bilər ki, qəbul edilən qanun illərlə yenilənmədən bu sahənin çox effektiv idarə olunmasını təmin edə bilər. Amma vergilərlə bağlı bunu demək mümkün deyil. İqtisadiyyatın vergi istiqaməti dövrün çağırışlarına, yeni yanaşmalara çevik reaksiya tələb edir. Belə bir sahədə elmi araşdırmalar aparmaq hesab edirəm ki, mənə əlavə üstünlüklər və imkanlar qazandırmış oldu.

– Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi yollarını nədə görürsünüz?

– Bu sahəyə marağım yarandıqdan və araşdırmalar aparmağa başladıqdan sonra etiraf etməyə başladım ki, Azərbaycanda tətbiq edilən vergi sistemi müasir dünya nümunələri, aparıcı dövlətlərin vergi sistemləri ilə rəqabət apara biləcək bir mövqeyə sahibdir. Həmin sahədə çox çevik və dinamik bir sistem formaşdıra bilmişik. Bu, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi ən ciddi uğurlardan biridir. Bir misalla fikrimi əsaslandırmağa çalışacam. Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycanın mövqeləri məhz vergiləri ödəmə meyarlarına görə 5 pillə irəliləyə bilib. “Doing Business 2017” hesabatında isə biznesə başlama imkanlarına görə Azərbaycan ötən il dünya ölkələri arasında beşinci yerə yüksələ bilmişdi. Belə bir mütərəqqi və dinamik inkişafda olan bir sistemin daha da təkmilləsdirilməsi ilə bağlı təkliflər ciddi araşdırmalar, müqayisəli təhlillər tələb edir. Elmi rəhbərim, iqtisadiyyat elmləri doktoru, professor Yaşar Kəlbiyevin bilavasitə nəzarəti və rəhbərliyi altında bu sahədə maraqlı araşdırmalar aparıb və dissertasiya işimdə bir sıra təkliflərlə çıxış etmişəm. Azərbaycanda biznesə başlama prosesləri cox sadələşdirilib, tam müasir dünya cağırışlarına cavab verəcək standartlardadır. Lakin təəssüf ki, biznesi qapatma, fəaliyyətini dayandırma istiqamətində bu sözləri hələ ki, deyə bilmirik. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflərimiz var.

1488 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna