Kafedra haqqında

Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Azərbaycan Dövlət  İqtisad Universitetinin Elmi Şurasının 25.12.2015-ci il tarixli iclasının qərarına əsasən “Maliyyə”, “Bankişi”,  “Vergi və vergiqoyma” kafedraları 03.02.2016-cı il tarixdən ləğv edilmiş və həmin kafedraların bazasında göstərilən tarixdən “Maliyyə və maliyyə institutları” kafedrası yaradılmışdır.

Kafedranın rəhbəri Azərbaycanın eks-maliyyə naziri, tanınmış ictimai-siyasi və dövlət xadimi olan iqtisad elmləri doktoru, professor Əvəz Əkbər oğlu Ələkbərovdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin tərkibində əsas ixtsas kafedralarından olan  “Maliyyə və maliyyə institutları” kafedrası özündə böyük elmi potensialı cəmləndirir. Belə ki, hal-hazırda kafedrada 6 elmlər doktoru, 18 elmlər namizədi, 6 baş müəllim və 4 müəllim çalışır.

Kafedranın nəzdində «Maliyyə» laboratoriyası fəaliyyət göstərməklə strukturun elmi-nəzəri potensialının, onun praktiki tətbiqi ilə əlaqələndirilməsi işini uğurla həyata keçirir.

Daha keyfiyyətli elmi kadr potensialının formalaşdırılması üçün kafedrada təhsilin doktorantura pilləsində əyani və qiyabi təhsil formasında 7 elmlər doktoru, 21 fəlsəfə doktoru proqramları üzrə doktorant fəaliyyət göstərir.

Kafedrada   5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə həm fəlsəfə doktoru, həm də elmlər doktoru dissertasiyalarının aktual mövzular üzrə hazırlanmasına elmi rəhbərlik təmin  edilməklə onların vaxtında və keyfiyyətli müdafiə olunmasına müsbət elmi şərait yaradılır. Son dövrlərdə müdafiə olunan dissertasiyalar, əsasən “Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı olan elmi mövzuları həsr edilmişdir.  Doktorant və dissertantlar vaxtlı-vaxtında illik attestasiyadan keçərək, kafedranın professor-müəllim heyətin qarşısında hesabat verirlər.

Kafedra eyni zamanda təhsilin magistratura səviyyəsində də  magistrantlara elmi mövzuların seçilməsində, onlara elmi rəhbərlik edilməsində öz xidmətlərini tam və dolğun şəkildə reallaşdırır.

Kafedra üzrə 060403 “Maliyyə” İxtisası üzrə “Bank işi”, “Maliyyə menecmenti”, “Maliyyə bazarları”, “Vergi və vergiqoyma”, “Sığorta işinin təşkili”, “Maliyyə nəzarəti və audit”  İxtisaslaşmaları altında 2 komissiyada magistr dissertasiya işlərinin müdafiəsi keçirilir.

Bu gün «Maliyyə və maliyyə institutları» kafedrasında təhsilin bakalavriat səviyyəsində aşağıdakı fənnlər tədris olunur.

  1. Maliyyə
  2. Büdcə sistemi
  3. Müəssisə maliyyəsi
  4. Pul və banklar
  5. Bank işi
  6. Sığorta işi
  7. Vergilər və vergitutma
  8. Maliyyə bazarları
  9. Maliyyə nəzarəti və auditi
  10. Büdcə və xəzinə uçotu
  11. Vergi uçotu və auditi
  12. Vergi inzibatçılığı
  13. Beynəlxalq valyuta kredit münasibətləri
  14. Maliyyə  və investisiyalar

*
Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində kafedrada bir çox tədbirlər həyata keçirilir: professor-müəllim heyətinin açıq dərsləri təşkil edilir, gənc müəllimlərin təcrübə toplaması üçün onların kafedranın təcrübəli, qabaqcıl müəllimlərinin dərslərində iştirak etmələrinə şərait yaradılır.

Strukturda keyfiyyətin və şəffaflığın təmin edilməsi məqsədilə “Maliyyə və maliyyə institutlar” kafedrasında təcrübəli müəllimlərdən ibarət xüsusi nəzatət komissiyası yaradılmışdır. Komissiya üzvləri gənc kadrların dərslərinə nəzarət və təcrübələrinin artırılması məqsədilə onların dərslərində iştirak edir, tədris prosesində buraxılan nöqsanların aradan qaldırılması üçün həmin müəllimlərə dəyərli məslə­hətlər verirlər.

«Maliyyə və maliyyə institutları» kafedrasında  büdcə təyinatlı elmi-tədqiqat işləri ilə yanaşı həm də podrat müqavilə əsasında  təsərrüfat hesablı elmi tədqiqat işi yerinə yetirərək sifarişçi təşkilatlara təhvil verilir.

Kafedra tərəfindən “Azərbaycan Respublikasının Təkrarsığorta” şirkəti ilə “Milli iqtisadiyyatın şahələndirilməsi prosesinin tənzimlənməsində sığorta bazarının resurs potensialının artırılması prioritetləri”, “Azəravtoyolservis” şirkəti ilə “Avtomobil yollarının saxlanılması və inkişafına yönəldilən investisiyaların idarəedilməsi”, “Xalq Bank” ASC ilə “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi” və “Kredit portfelnin diversifikasiyasının müasir istiqamətləri” mövzuları üzrə müqavilələr bağlanmış və icra edilmişdir.

Həmin layihələrin nəticələrinə görə müvafiq qrantlar alınmış, onun bir hissəsi vergi və sosial sığortaya köçürüldükən  sonra Universitetin carı işlərinə və əməkdaşların mükafatlandırılmasına yönəldilmişdir.

Son illərdə kafedranın əməkdaşları tərəfindən 590-a yaxın dərslik, dərs vəsaiti, monoqrafiya, metodiki göstəriş, mə­qa­lə, tezis, kitabça və tərcümə işləri çap edilmişdir. Nəşr olun­muş əsərlər içərisində «Vergi nəzarəti», «Maliyyə», “Dövlət və bələdiyyə maliyyəsinin problemləri”, «Korporativ maliyyə»,«Beynəlxalq maliyyə, kredit və valyuta münasibətləri», “Sığorta fəaliyyətinin əsasları”, “Maliyyənin əsasları”, “Pul və banklar”, “Sığorta işi”, “Sığortanın əsasları” və s. dərslik və dərs vəsaitlərini göstərmək olar.

Kafedrada istehsalat təcrübəsinə rəhbərlik etmək-üçün  sahəüzrəən təcrübəli müəllimlə seçilir. İstehsalat təcrübəsi keçən tələbələrlə geniş izahat işi aparılır, istehsalat təcrübəsində səmərəli istifadə etmək yolları müəyyən olunur. Bundan başqa vaxtaşırı istehsalat təcrübəsi obyektlərində olan müəllimlər gündəlik öyrənilən təcrübə ilə bağlı sənədin (gündəliyin) tərtib olunmasında, hesabatların yazılmasında, sənədlərdən istifadə qaydalarını tələbələrə dərindən öyrədilməsində bilavasitə iştirak edirlər. Təcrübə rəhbərləri xüsusi qrafik üzrə işləyir və kafedrada həmin qrafikə riayət edilməsinə ciddi nəzarət aparılır. Bütün tələbələr istehsalat təcrübələrinin keçirilməsinə dair Əsasnamə ilə tanış edilirlər.

Kafedrada tələbələrin istehsalat təcrübəsinin xarıcı dövlətlərin banklarında (Sankt Peterburq şəhəri RF, Polotsk Belarusiya Respublikası), keçirilməsinə dəstək verir və bu işi praktiki baximindan reallaşdırır.

Tələbə Elmi Dərnəyinin fəaliyyəti hər zaman kafedra rəhbərliyinin diqqət mərkəzindədir. Tələbələrə mövzuların seçilməsində, onların elmi rəhbərlə təmin edilməsində dəstək verilir.

*

UNEC Differensial əmək haqqı sistemi üzrə reytinq cədvəlində kafedranın əməkdaşları qarşıya qoyulan tələbləri əsasən  yerinə yetirirlər. Belə ki, kafedra əməkdaşları  UNEC Differensial əmək haqqı sistemi üzrə reytinq cədvəlində həmişə  qabaqcıl yerlər tuturlar.

Kafedranın əməkdaşları Universitetin ictimai siyasi həyatında aktiv iştirak edirlər, belə ki, kafedranın müdiri i.e.d., prof. Ə.Ə.Ələkbərov “Professorlar Klubu”nun Rəyasət Heyətinin sədridir. Beynəlxalq konfranslarda, elmi sipoziumlarda, ictimai-siyasi tədbirlərdə kollektiv daim öz aktivliyi ilə seçilir. Professional baxımdan İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası,  Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası və digər qurumlarla daim işgüzar əlaqələr qurur, “Vergi Olimpiadası” və treninq xarakterli çox saylı birgə elmi-praktiki tədbilər həyata keçirir.

“Maliyyə və maliyyə institutları” kafedrası öz fəaliyyətinin daha da yaxşılaşdırılması üçün  aşağıdakı hədəfləri müəyyənləşdirmişdir:

  • Tədrisin keyfiyyətinin və şəffaflığının yüksəldilməsi üçün tələbə-müəllim münasibətlərinin müasir dövrün tələbləri səviyyəsində təşkil etmək;
  • Əməkdaşların peşəkarlıq və bilik səviyyələrinin daim yüksəldilməsi qayğısına qalmaq;
  • SKOPUS və THOMSON REUTERS indeksli beynəlxalq jurnallarda məqalələrin dərc olunması;
  • Beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki tədbirlərdə fəal iştirak etmək;
  • Testlərin keyfiyyətinin daim yüksəldilməsini diqqət mərkəzində saxlamaq;
  • Avropa standartlarına uyğun yeni dərsliklər və dərs vəsaitlərinin hazırlanması və tərcümə edilməsi(“Maliyyənin əsasları”, “Vergilər”, “Maliyyə uçotu”, “Maliyyə menecmenti”, “Maliyyə təhlili”, “İdarəetmə uçotu”. “Dövlət maliyyəsi”, “Maliyyə bazarları və institutları”);
  • Differensial əmək haqqi sistemində kafedranın Reytinq Cədvəlində birinciliyinin daim təmin edilməsi və s.

Kafedranın əməkdaşları kafedra qarşısında qoyulmuş vəzifələrin vaxtında və tələb olunan standartlara uyğun yerinə yetirilməsi və Universitetin Elmi –pedoqoji fəaliyyətindəbundan sonra da daha yüksək nəticələr əldə etmək məqsədinə səyləçalışacaqlar.

“Maliyyə və maliyyə institutları” kafedrasının əməkdaşları Universitetdəki səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə müxtəlif səviyyəli mükafatlara və təltiflərə layiq görülmüşlər.

Kafedra üzrə ixtisaslar:

Bakalavriat təhsil pilləsi üzrə:

Maliyyə

Magistratura təhsil pilləsi üzrə:

060403 Maliyyə
Bank işi
Vergi və vergiqoyma
Sığorta işinin təşkili
Maliyyə nəzarəti və audit
Maliyyə menecmenti
Maliyyə bazarları

maliyyab4284e95adf7353370DSC_6049DSC_6062DSC_6060

*

Professor-müəllim heyəti:

  1. i.e.d., prof. Ələkbərov Əvəz Əkbər (kafedra müdiri) 
  2. i.e.d., prof. Həsənli Mirələm Xası
  3. i.e.d.. prof. Sadıqov Elnur Məhəmməd
  4. i.e.d., prof. Xudiyev Nizami Nəcəfqulu (Kaf. müdirinin müavini)
  5. i.e.d., prof. Bağırov Mübariz Məmməhüseyn
  6. i.e.d., prof. Məmmədov Zahid Fərrux (0,5) (EFTIED direktoru, əməkdar müəllim)
  7. i.e.n., dos. İbrahimov Zöhrab Həsən
  8. i.e.n., dos. Qarayev Azər İslam (0.5)
  9. i.e.n., dos. Kaşıyeva Flora Şamil
  10. i.e.n., dos. Sadıqov Tahir Əli
  11. i.f.d., dos. Paşayev Zöhrab Şahin
  12. i.e.n., dos. Mehdiyeva Leyla Tofiq
  13. i.e.n., dos. Qurbanov Bayraməli Şükür
  14. i.e.n., dos. Qurbanova Tünzalə Tofiq (Kafedra müdirinin müavini)
  15. i.e.n. dos. Məmmədova Gülsüm Mirdamət
  16. i.f.d. dos. Məmmədova Gültəkin Qabil
  17. i.f.d.,dos. Əliyeva Təhminə Tahir
  18. i.f.d., dos. Zeynalov Zakir Hacı (0,5)
  19. i.e.n., dos. Səmədzadə Elşad Ziyad (0,5)
  20. i.f.d., b/m. Babayev Mehman Telman
  21. i.f.d.b/m. Hüseynova Alidə Teymur
  22. i.f.d. b/m. Həkimova Yeganə Allahyar
  23. b/m. Mikayılova Həqiqət Əşrəf (0,75)
  24. b/m. Həmişəyeva Şəfa Üzeyir
  25. b/m. Əliyev Nəvai Şaxlar (0,5) [TMM-nin direktor müavini]
  26. müəl.Babayev Nüsrət Salman
  27. müəl.Hüseynova Sevinc Xanhüseyn 
  28. müəl.Quluzadə Esmira Məmməd
  29. müəl. Paşayeva Nailə Zaur
  30. müəl.Əlicanova Şəhla Musa
  31. müəl. Qaraxanova Ülkər Tofiq
  32. assis. Əliyeva Aynur Ədalət