DSC_2393-001UNEC-in Elm üzrə prorektoru i.f.d., dosent Fariz Saleh oğlu Əhmədov

Ünvan: Bakı ş., Nəsimi r-nu , A. Səhhət 45 a, UNEC-in 4 saylı tədris korpusu, otaq 102
Telefon:  012 440 66 32
E-mail: [email protected]

Dos. Fariz Əhmədov 1983-cü ildə Gəncə şəhərində anadan olub. Bakalavr təhsilini 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə alıb. Daha sonra Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda İdarəetmə və təşkilatlandırma ixtisası üzrə 2003-2005-ci illərdə magistratura, 2006-2010-cu illərdə isə doktorantura təhsilini alıb. 2010-cu ildə “Azərbaycanın milli rəqabət gücü: TOWS matrisi və almaz modelli bir analizi” mövzusunda dissertasiya işini müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır. Sakarya Universitetində müxtəlif əmək fəaliyyəti ilə  məşğul olmuş və eyni zamanda şəhərlərin brendləşməsi ilə bağlı layihələrdə iştirak etmişdir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı verilmişdir.

DSC_9173fariza462ca2f41-Sakarya Universitesi Ziyaret_9488 (2)_resize (1)???????????IMG_26961-fariz-20161222-WA0011fariz ahmadov

Əmək fəaliyyətinə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsində müəllim olaraq başlamışdır. 2010-2014-cü illərdə həmin fakültədə müəllim, baş müəllim, dosent və kafedra müdiri müavini vəzifələrində çalışmışdır. 2014-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2016-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin elmi şurasının sədri və UNEC universitetin Elmi Şurasının üzvüdür.

2023-cü ilin dekabrında UNEC-in Elm üzrə prorektoru vəzifəsinə təyin edilib.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) həyata keçirdiyi “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi olmuşdur. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetində həm elmi-pedaqoji fəaliyyətinə, həm də universitetin idarəetməsində səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”lara layiq görülmüşdür.

6N1A0151DSC_8916  DSC_8842 DSC_8838 DSC_8784 DSC_8728

Dünyanın nüfuzlu elmi platformalarda (Web of Science, SCOPUS) indekslənən jurnallarda 10-dan çox elmi məqalənin, eyni zamanda digər beynəlxalq elmi jurnallarda nəşr olunmuş 30-dan çox elmi məqalənin müəllifidir. Bundan əlavə dünyanın müxtəlif ölkələrində təşkil olunmuş elmi konfranslarda 20-dən çox məruzə ilə çıxış etmişdir. Bütün dünyada tədqiqatçıları bir araya gətirən Google Scholar akademik platformasının göstəricilərinə əsasən H indeksi 10 və i-10 indeksi 10-dur. Eyni zamanda dünyanın bir çox nüfuzlu elmi konfranslarının, elmi jurnallarının elm və təşkilat komitələrinin üzvü və sədri olaraq fəaliyyət göstərir. “Strateji idarəetmə”, “Tədqiqat metodları” və “Biznesdə strateji idarəetmə” kitablarının həmmüəllifi, “Keyfiyyət İdarəetmə Sistemi”, “Qlobal İqtisadiyyatda Yeni İstiqamətlər”, “Exploring The Green Economy: Issues, Challanges and Benefits” kitabları ilə yanaşı dünyaca nüfuzlu “İqtisadi İnkişaf – Michael Todaro – Stephen Smith” kitab tərcüməsinin elmi redaktoru olmaqla yanaşı, bir tədris metodiki vəsait və 5 tədris proqramının müəllifidir. Dünya Bankı, UNDP, Erasmus+ layihələri ilə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, SOCAR Midstream, Paşa Holdinq şirkətləri tərəfindən dəstəklənən layihələrdə rəhbər və koordinator olaraq, çalışmışdır.

Ailəlidir, iki övladı var.


İ.f.d., dosent, F.Əhmədov UNEC NEWS – da

UNEC Rakurs: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (21.11.2017)
“2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi – UNEC müəllimi (16.10.2017)
UNEC-də təhsil imkanları
 (11.07.2017)
UNEC eksperti İTV-də
 (25.04.2017)
Ən nüfuzlu universitetləri nümunə götürdük
” (“Azərbaycan müəllimi” – 17.04.2017)
UNEC Beynəlxalq Təhsil Zirvəsi və sərgisində təmsil edilib
 (27.03.2017)

“UNEC müəllimi” – Fariz Əhmədov
 (10.01.2017)
UNEC alimləri Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyasına üzv seçiliblər (06.12.2016)
UNEC müəllimlərinin reytinqində ikinci – Fariz Əhmədov (03.10.2016)
UNEC alimləri beynəlxalq konfransa qatılıb (20.05.2016)
UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib (03.05.2016)

Regionlarda rəqabətqabiliyyətliliyi necə yüksəltməli? UNEC ekspertlərinin təklifləri (18.02.2016) 

fariz9f76-3be56de9ca20fariz403-9e6a-d454d137514bfariz0-fbc4810289fafariz8d-a7b6-9f0ad5ed71f2fariz-8db7-c15e4d8dd9f1fariz9ea-93859f6bc253fariz77f220af07fariz0472b9d64fa
*

15302 7