Tofiq mƏmtəəşünaslıq fakültəsinin dekanı texnika elmləri namizədi, dosent Tofiq Ramazan oğlu Osmanov 

 

Ünvan:  Bakı şəhəri, İ.Məmmədov 17, mən.118
Telefon:  +(994) 12 376-33-89
E-mail:  tofiq.osmanov@unec.edu.az;  t.r.osmanov@gmail.com

*

1950-ci ildə Qax rayonunda anadan olmuşdur. 1957-1967-ci illərdə orta məktəbdə təhsil almışdır.

1967-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əmtəəşünaslıq fakültəsinə daxil olmuş və 1971-ci ildə institutun “Sənaye malları əmtəəşünaslığı və ticarətin təşkili”  ixtisasını bitirmişdir.

1971-ci ilin dekabrından başlayaraq D.Bünyadzadə adına AXTİ-nun “Sənaye malları əmtəəşünaslığı” kafedrasında müəllim, baş müəllim işləmişdir.

1974-cü ildə istehsalatdan ayrılmadan aspiranturaya daxil olmuş və 1981-ci ildə Moskva Kooperativ İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında “Polivinilxlorid əsaslı linoleumların istismar şəraitində sürtünməsi və əsas gigiyenik xassələrin stabilliyinin tədqiqi” mövzusunda dissertasiya müdafiə  edərək texnika elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

1970-1980-ci illərdə Moskva və Donesk şəhərlərində keçirilən əmtəəşünaslığın problemlərinə həsr edilmiş elmi-praktiki konfranslarda çıxış etmişdir.

DSC_2241DSC_2225osman_0017 turk_0006(1)IMG_2290

1992-ci ildən 2000-ci ilədək Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda Əmtəəşünaslıq fakültəsinin dekanı, 2000-2004-cü illərdə İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifəsində işləmişdir. 2004-cü ildən etibarən Əmtəəşünaslıq fakültəsinin dekan müavini işləyib. Hazırda Əmtəəşünaslıq fakültəsinin dekanıdır.

Əmtəəşünaslığın müasir problemlərinə həsr edilmiş 150-dən artıq məqalənin, o cümlədən 20 dərslik və 5 dərs vəsaitinin müəllifidir. Apardığı elmi araşdırmalar polivinilxloriddən olan linoleumları daha dar məqsədli təyinatını müəyyən etmək üçün onların müxtəlif aqressiv mühitin təsirinə davamlılığını müəyyən etməyə, onların çirklənməsi və təmizlənməsi metodikasının elmi əsaslarla işlənməsinə, linoleumların istismar şəraitinə maksimum uyğunlaşdırmaqla laboratoriya şəraitində sürtünməyə qarşı davamlılığının və gigiyenik xassələrinin araşdırılmasına, nəhayət polimer döşəmə materiallarının istehlak xassələrinin elmi təsnifatının verilməsinə yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı və nəvəsi var.

*

“Azərbaycanda islamın yayılması və nəticələri” (04.10.2017)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu
 (16.02.2017)

1952 1