1-3 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər təşkilatlarla birgə UNEC İqtisadi Forumu Bakı 2021 (UNEC Economy Forum Baku 2021) təşkil olunacaq.Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən olunan mərhələləri, eləcə də Azərbaycanın sosial-iqtisadi transformasiyaları əhatə edən müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye mütəxəssislərini bir araya gətirəcək. Bununla da, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə üçün platformanı təmin etmiş olacaq.
UNEC İqtisadi Forumunda Prof. Dr. Aziz Sancar və Prof.Dr. Muhammad Yunus kimi Nobel laureatları, həmçinin özəl və dövlət təşkilatlarının rəhbərləri, yerli və beynəlxalq sənaye ekspertləri iştirak edəcəklər.
Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilib. Forumda aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:
Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panellər aşağıdakı kimidir:
Qonaqların 4 dekabr tarixində Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilib.
Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından və aşağıdakı əlaqə vasitələrindən əldə edə bilərsiniz.
Forumda iştirak Qaydaları
Forumun instaqram səhifəsi: Instagram.com/uefbaku
Forumun facebook səhifəsi: Facebook.com/uefbaku
*
https://news.unec.edu.az/xeber/100-elm/8113-bold-red-dovlet-mustegilliyinin-berpasinin-30-illiyine-hesr-olunan-unec-igtisadi-forumu-kechirilecek-bold-red