Ə.Muradov: “ UNEC-i innovativ universitetə çevirəcəyik”

27 NOYABR 2015 | VIEWS:
3185

Azərbaycan Dövlət İqtisad Univeristetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbir Prezident İham Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş professor Telman Hüseynovun təbriki ilə başlayıb. Qocaman pedoqoqa uğurlar arzulayan UNEC rektoru, professor Ədalət Muradov  Telman müəllimin kollektivin sevimlisi olduğunu və belə  şəxslərə cəmiyyətin, eləcə də universitetin böyük ehtiyacı olduğunu bildirib. Ə.Muradov UNEC əməkdaşına göstərdiyi etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü çatdırıb. Rektor universitetin təklifini müsbət qiymətləndirdiyi üçün təhsil naziri Mikayıl Cabbarova UNEC kollektivi adından minnətdar olduğunu bildirib. Göstərilən diqqətə görə əməyi keçən hər kəsə təşəkkür edən əməkdar elm xadimi, professor Telman Hüseynov Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında bundan sonra da əlindən gələni edəcəyini qeyd edib.

Tədbir digər təltiflərin təqdimatı ilə davam edib. “İstehlak Mallarının Ekspertizası” kafedrasının dosenti Əhməd–Cabir Əhmədova və “İqtisadiyyatın Tənzimlənməsi” kafedrasının dosenti Mustafa Sadıqova təhsil nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl  təhsil işçisi” döş nişanı təqdim edilib.

“Beynəlxalq İqtisadiyyat Məktəbi”nin rəhbəri Anar Rzayev, SABAH mərkəzinin rəhbəri Aidə Quliyeva, “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin dekan müavini Elçin Eyvazov və “Distant, Qiyabi və Əlavə Təhsil” mərkəzinin direktoru Gəray Musayevə “Təhsil Nazirliyinin Fəxri Fərmanı” verilib.

“Biznesin İdarə edilməsi” kafedrasının müdiri Məhəmməd Əliyevə 60 illik yubileyi ilə bağlı “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı” təqdim olunub.

Tədbir gündəlik məsələlərin müzakirəsi ilə davam edib. Rektorun innovasiya və strateji inkişaf məsələləri üzrə məsləhətçisi Məhəmməd Cəmilov “Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) innovativ layihələrin reallaşdirilmasının nəticələri haqqında” məruzə ilə çıxış edib. UNEC-də həyata keçirilən tədris və təlim texnologiyaları, elektron idarəetmə, elm və elmi-innovasiya, işədüzəltmə və karyera inkişafı sahələrindəki innovativ layihələr barədə məlumat verib. Bildirib ki, universitetdə  innovasiya layihələri kompleks sistemli yanaşma əsasında reallaşdırılır və başlıca strateji məqsəd UNEC-i müasir, innovativ və rəqabətqabiliyyətli universitetə çevirməkdir.

Rektor qeyd edib ki, Azərbaycanda ilk innovativ universitet modeli UNEC-də qurulur və tezliklə  innovativ universitet statusu əldə ediləcək.

Daxili audit şöbəsinin müdiri Hikmət Babayev “Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının nizam-intizam qaydalarına riayət etməsi haqqında” məruzə ilə çıxış edib. Universitetdə dərslərin üzrsüz əvəzolunması və boş keçməsi hallarını vurğulayaraq, bu cür hallara qarşı görüləcək tədbirlər barədə məlumat verib.

Rektor Ədalət Muradov dərslərin üzrsüz boş keçməsi, əvəzetmələrin qarşısının alınması, müəllim və tələbələrin dərsə davamiyyətinin artırılması ilə bağlı xüsusi qaydaların tətbiq olunacağını qeyd edib.

Hər iki mözuda məruzə Şura üzvləri tərəfindən müsbət dəyərləndirilib.

Hesabatlardan sonra rektor UNEC-in Dərbənd filialının artıq lisenziya alması ilə bağlı tədbir iştirakçılrını məlumatlandırıb. Ə.Muradov bu yeniliyin əldə olunmasının əsas səbəbinin Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın regionda söz sahibinə çevrilməsi, ölkəmizin dünyada tanınması və ölkəmizə etimad göstərilməsi olduğunu xüsusi qeyd edib. Bunun üçün Prezident İlham Əliyevə UNEC adından təşəkkürünü çatdıran rektor Təhsil naziri Mikayıl Cabbarova və nazirliyin əməkdaşlarına bu lisenziyanın alınmasında göstərdiyi xüsusi  diqqətə görə minnətdarlığımı çatdırıb.

Rektor UNEC-də keçirilən məzun yarmarkasının ənənəvi hal aldığını, daha çox məzunumuzun işlə təmini məqsədilə yarmarkanın onlayn rejimdə həyata keçiriləcəyini vurğulayıb. Bildirib ki, bu, işəgötürənlərlə işləmək istəyənlər arasında operativ əlaqənin yaradılmasında mühüm rol olacaq.

Rektor Elmi Şuranın iclasında UNEC-də doktoranturaya qəbulda yeni qaydalardan danışıb. Qeyd edib ki, universitetdə fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən qəbul imtahanı artıq British Council tərəfindən həyata keçiriləcək. Digər yeniliyə uyğun oalaraq, İELTS  və TOEFL beynəlxalq sertifikatı olanlar isə ingilis dili imtahanından azad olunacaqlar.  Bu yeniliklər fəlsəfə doktoru proqramı üzrə doktorantların ingilis dilindən doktorluq imtahanlarına da şamil olunacaq. Universitet rəhbəri bildirib ki, yeniliklərin tətbiqində  əsas məqsəd qəbulda obyektivliyi təmin etməklə, elmi səviyyə üçün tələb olunan ingilis dili biliklərinin artırılmasına nail olmaqdır. Rektor növbəti tədris ili üzrə  elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə sənəd qəbulunun tam elektronlaşdırılmasının nəzərdə tutulduğunu da qey edib.

Universitettin ASK kafedrasının ləğv olunaraq dərs yükünün müvafiq kafedralar arasında bölünməsi təklifi də Şura üzvləri tərəfindən bəyənilib.
Müəllimlərin andiçmə mərasiminə diqqət çəkən rektor əlavə edib ki, bundan sonra işə götürülən bütün müəllimlər and içəcəklər və bu onların şəxsi işində qeyd olunacaq.

Sonda UNEC-in 85 illiyi ilə əlaqədar tədbirlər proqramına uyğun oalaraq “Fəxri Professor” adı verilən qocaman müəllimlər – dosent  Fazil Hüseynov, Mahmud Əhmədov və Hacıbala Hacıbalayev təbrik ediliblər.

 

3186 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno